İordaniya Futbol Assosiasiyası 2026-cı il dünya çempionatının seçmə mərhələ oyunları üçün milli komandanın yekun heyətini bəyan edib.

Matc.az xəbər verir ki, baş məşqçi Camal Sellaminin güvəndiyi 26 futbolçunun adı rəsmi siyahıda yer alıb.

Milli komandaya dəvət alan futbolçuların mövqelər üzrə bölgüsü aşağıdakı kimidir:

Qapıçılar: Yazid Abu-Layla ("Əl-Hüseyn"), Abdalla Əl-Faxori ("Əl-Vihdat"), Nurəddin Bani-Attiya ("Əl-Faysali").

Müdafiəçilər: Abdalla Nəsib ("Əl-Zavraa"), Saed Əl-Rosan, Səlim Obayd, Ehsan Haddad (hamısı "Əl-Hüseyn"), Yazan Abu-Arab ("Seul"), Məhəmməd Abualnadi ("Selanqor"), Husam Abu Daqab ("Əl-Salmiya"), Anas Bani-Yasin ("Əl-Faysali"), Mohannad Abu Taha ("Əl-Oruba"), Məhəmməd Abu Haşiş ("Əl-Karma").

Yarımmüdafiəçilər: Nur Əl-Ravabde ("Selanqor"), Nizar Əl-Raşdan ("Əl-Xaldiyə"), İbrahim Sade ("Əl-Muharrak"), Racai Ayed ("Əl-Hüseyn"), Amer Camus, Məhəmməd Əl-Daud (hər ikisi "Əl-Vihdat"), Mahmud Əl-Mardi ("Dibba").

Hücumçular: Mussa Əl-Təmari ("Renn"), Ode Əl-Faxori ("Piramids"), Məhəmməd Abu-Zrayk ("Raca" Kasablanka), Ali Azaytse ("Əl-Şabab"), İbrahim Sabra ("Lokomotiva Zaqreb"), Ali Olvan ("Əl-Sailiyə").

Qeyd edək ki, dünya çempionatında debüt edəcək İordaniya yığması J Qrupunda yer alıb. Asiya təmsilçisinin bu qrupdakı rəqibləri son dünya çempionu Argentina, həmçinin Avropanın güclü komandalarından Avstriya və Afrika nəhəngi Əlcəzair olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest