Bakıda cüdo üzrə böyüklər arasında keçirilən dünya çempionatında Azərbaycan millisinin üzvü Əhməd Yusifov qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bakıda cüdo üzrə böyüklər arasında keçirilən dünya çempionatında Azərbaycan millisinin üzvü Əhməd Yusifov qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Matc.az xəbər verir ki, bu barədə turnirin təşkilat komitəsi məlumat yayıb.

-60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarışa 1/16 final mərhələsindən başlayıb. Əhməd Yusifov ardıcıl olaraq Tumenjarqal Tuvşinturu (Monqolustan), Harş Sinqhi (Hindistan), Ayub Bliyevi (Rusiya) und yarımfinalda Yan Yunq-Veyi (Çin Taypeyi) məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

Milli Gimnastika Arenasında baş tutan həlledici final qarşılaşmasında Qazaxıstan təmsilçisi Şerzod Davlatova da qalib gələn idmançımız Bakıdakı yarışın baş mükafatına sahib çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest