20 Oktyabr 2026, 12:18
TOP OYUNLARI
Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasında mübarizəyə başlayır.
Matc.az xəbər verir ki, Tovuz təmsilçisi turnirin iki təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın "Mladost" klubu ilə üz-üzə gələcək.
Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək. Oyundan əvvəl azarkeşlər üçün konsert proqramı da təşkil olunacaq.
Qeyd edək ki, Turan Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.












