Madrid “Real”ı əvvəlki iki tədbiri boykot etdikdən sonra oktyabrın 26-da Londonda təşkil olunacaq “Qızıl top” (Ballon d’Or) mükafatlandırma mərasimində böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Matc.az  L’Équipe nəşrinə istinadən xəbər verir ki, “Kral klubu” oktyabrın 25-də – mərasimdən bir gün əvvəl “Barselona”ya qarşı keçiriləcək prinsipial “El Klasiko”nun ardından İngiltərə paytaxtına yola düşəcək.

Madrid təmsilçisi 2024-cü ildə hücumçusu Vinisius Juniorun mükafatı Rodriyə uduzmasına etiraz olaraq mərasimdə iştirakdan boyun qaçırmışdı. 2025-ci ildə isə tədbirə klubdan yalnız qadın futbolçu Karolin Uir qatılmışdı.

Bu il isə “Real” müxtəlif nominasiyalarda geniş heyətlə mübarizə aparacaq. Klubun dörd futbolçusu – Kilian Mbappe, Mark Kukurelya, Cud Bellinqem və Vinisius Junior “Qızıl top”a namizədlər sırasındadı.

Bundan əlavə, Tibo Kurtua “Mövsümün qapıçısı”, Yan Diomande “Mövsümün gənc futbolçusu”, Felisiya Şröder isə “Mövsümün gənc qadın futbolçusu” nominasiyalarında mükafata iddialıdırlar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest