19 Noyabr 2026, 09:20
FUTBOL
“Xankəndi” klubu bu gün Azərbaycan I Liqasının VIII turu çərçivəsində doğma meydanda “Karvan-Yevlax”ı qəbul edəcək. Matc.az xəbər verir ki, saat 16:00-da başlayacaq qarşılaşma əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçiriləcək ilk futbol görüşü olacaq. Qarşılaşmadan əvvəl azarkeşlər üçün konsert proqramı da təşkil ediləcək.
Qeyd edək ki, Xankəndi şəhər stadionu noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Azərbaycan I Liqası
VIII tur
19 noyabr
16:00. “Xankəndi” – “Karvan-Yevlax”













