Dörd gün davam edəcək lisenziya yarışında Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) çıxış edəcək. Onlarla yanaşı, millinin lideri və ən titullu qadın güləşçisi Mariya Stadnik (50 kq) də hazırlıq prosesində yer alıb.
Komanda martın 21-dək davam edəcək hazırlığın son günlərində beynəlxalq turnirə də qatılacaq. Yığma üzvləri İstanbulda təşkil olunacaq Boğaziçi yarışında qüvvəsini sınayacaq. Bu turnir martın 16-da start götürəcək.
Komandamız yarışa hazırlıq məqsədilə Türkiyədə təlim-məşq toplanışı keçib. Belə ki, qadınlar Ədirnədə Türkiyə və Bolqarıstan, kişilər isə Antalyada Türkiyə cüdoçuları ilə birgə məşq ediblər.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.