Əliyeva finalda Zilan Ertemi (Türkiyə) məğlubiyyətə uğradıb.

Azərbaycan cüdoçusu Könül Əliyeva (52 kq) Avropa çempionatında qızıl medal qazanıb. Matc.az xəbər verir ki, o, Avropa çempionu adını Estoniyanın paytaxtı Tallində gənclər arasında keçirilən turnirdə qazanıb.

Əliyeva finalda Zilan Ertemi (Türkiyə) məğlubiyyətə uğradıb. Bununla da Könül yarışda Azərbaycanın aktivinə ilk medalı yazdırıb.

Nizami İmranov (60 kq) isə finalda Nazar Viskova (Ukrayna) məğlub olaraq gümüş medulla kifayətlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest