Avropada 2019/20 mövsümünün ən yaxşı qapıçısı müəyyənləşib. Matc.az xəbər verir ki, qitənin ən yaxşısının adı UEFA Çempionlar Liqasının qrup mərhələsinin Monakoda təşkil olunan püşkatma mərasimində açıqlanıb.
 
Bu ada İngiltərənin “Liverpul” klubunun qolkiperi Alisson Bekker yiyələnib. O, UEFA-nın sorğusunda Hüqo Loris və Mark-Andre ter Ştegeni qabaqlayıb.
 
Qeyd edək ki, tədbirin əvvəlində UEFA prezidenti Aleksander Çeferin Fransa millisinin sabiq futbolçusu Erik Kantonaya Prezident mükafatı təqdim edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest