Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turunun oyunlarına start veriləcək.
Matc.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin II turunun ilk günündə ümumilikdə 9 qarşılaşma baş tutacaq.
iİlk oyun saatlarında təmsilçimiz "Sabah" doğma meydanda Çexiyanın "Slaviya" klubunu qəbul edəcək. Eyni saatda Fransanın "Lans" komandası Portuqaliya "Sportinq"i ilə üz-üzə gələcək.
Gecənin digər maraqlı qarşılaşmasında isə Türkiyə təmsilçisi "Qalatasaray" İstanbulda İspaniya nəhəngi "Barselona"nı sınağa çəkəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
13 sentyabr
20:45. "Sabah" (Azərbaycan) - "Slaviya" (Çexiya)
20:45. "Lans" (Fransa) - "Sportinq" (Portuqaliya)
23:00. "Qalatasaray" (Türkiyə) - "Barselona" (İspaniya)
23:00. "Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
23:00. "Arsenal" (İngiltərə) - "Lill" (Fransa)
23:00. "Vilyarreal" (İspaniya) - "Napoli" (İtaliya)
23:00. "İnter" (İtaliya) - "Brüqqe" (Belçika)
23:00. "Leypsiq" (Almaniya) - "PSV" (Niderland)
23:00. "Viking" (Norveç) - "Bavariya" (Almaniya)













