“Qəbələ” İdman Klubunun boksçuları Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Matc.az xəbər verir ki, əyalət klubunun boks bölməsinin üzvləri iki həftədi qonşu ölkədə hazırlıq keçirlər. 
 
Toplanışda 4 komandanın təmsilçiləri iştirak edir. “Qəbələ”nin 5 boksçusu - Rüfət Hüseynov (52 kq), Cavid Cələbiyev (63 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq) və Abdulkadir Abdullayev (91 kq) toplanışa qatılıb. Boksçularımız Türkiyə yığması, həmçinin Rusiyanın Sankt-Peterburq, Qazaxıstanın Karaqanda şəhərlərinin idmançıları da birgə məşq edirlər. 
 
Təlim-məşq toplanışı Azərbaycan yığmasının üzvləri üçün 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının gələn il martın 13-23-də Böyük Britaniyanın paytaxtı Londonda baş tutacaq Avropa Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest