Keçmiş kansler Kompaninin evdə qalmağı öz xoşu ilə seçmədiyini, görünür, bədəninin ona «Dayan!» siqnalı verdiyini söyləyib.

Almaniyanın keçmiş kansleri Angela Merkel «Bavariya»nın baş məşqçisi Vinsent Kompani ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Kompani bu yaxınlarda klubun əvəzedici heyəti ilə məşq zamanı huşunu itirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Ona beyin qişalarının qıcıqlanması diaqnozu qoyulub. Dünən xəstəxanadan evə buraxılan məşqçiyə istirahət etməsi tövsiyə olunub.

Merkel «MagentaTV»yə açıqlamasında baş verənləri eşidəndə çox üzüldüyünü deyib və Kompaniyə tezliklə sağalmasını arzulayıb.

O, məşqçinin işinə, eləcə də ayrı-seçkilik və digər məsələlərdəki aydın mövqeyinə böyük hörmət bəslədiyini bildirib. Merkelin sözlərinə görə, kişi və ya qadın fərqi olmadan, futbolçu olsaydı, məhz belə bir məşqçi ilə işləmək istərdi.

Keçmiş kansler Kompaninin evdə qalmağı öz xoşu ilə seçmədiyini, görünür, bədəninin ona «Dayan!» siqnalı verdiyini söyləyib.

Merkel özünün də buna bənzər vəziyyət yaşadığını xatırladıb: 2019-cu ildə hərbi mərasimlər zamanı onda da titrəmələr başlamışdı. Onun fikrincə, bu, toplanmış gərginliyin üzə çıxması idi və buna anasının vəfatı ya da tezliklə kansler vəzifəsindən gedəcəyini dərk etməsi səbəb ola bilərdi. Merkel belə anlarda bədənin siqnallar göndərməyə başladığını və bunun insani baxımdan əslində çox yaxşı hal olduğunu əlavə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest