“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının X turunda “Sabah” üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib.Matc.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının oyunundan danışıb.

O, qələbəyə sevindiyini, lakin matçın sonlarına yaxın təşəbbüsü əldən verdiklərini bildirib.

“Qalib gəldiyimiz üçün çox sevinirəm. Ağır oyun oldu. Matçın sonlarına yaxın təşəbbüsü əldən verdik. Amma istənilən qələbəyə görə şadam”, – deyə Berdıyev vurğulayıb.

Baş məşqçi qələbədə əsas amillərin rəqibə qarşı düzgün köklənmə və nizam-intizam olduğunu qeyd edib.

O, Hayderson Hurtadonun aldığı sarı vərəqə barədə də danışıb. Berdıyevin sözlərinə görə, futbolçu emosiyalarına hakim olmalı idi. Mütəxəssis onun cəzalı duruma düşdüyünü də təsdiqləyib.

Berdıyev “Turan” voleybol komandasının uğuruna da münasibət bildirib. O, komandanın həm ilk oyununu, həm də cavab görüşünü izlədiyini söyləyib.

“Şükür Allaha, qələbə qazandılar. Allah qismət etsin ki, Bolqarıstan klubuna da qalib gəlsinlər. Bu, Tovuz azarkeşləri üçün bayramdır. Biz də öz dəstəyimizi verməliyik”, – deyə baş məşqçi əlavə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest