"Liverpul" İngiltərə Premyer Liqasının 15-ci turunda "Everton"u məğlub edib – 5:2. Matc.az xəbər verir ki, sözügedən qarşılaşma "Liverpul"un çalışdırıcısı Yurgen Klopp üçün yubileylə əlamətdar olub. 
 
Belə ki, alman mütəxəssis Mersisayd təmsilçisi ilə Premyer Liqada 100-cü qələbəsini qazanıb. Klopp bu saya 159-cu oyununda çatıb.
 
Premyer Liqa tarixində 100 qələbə səddinə ən tez çatan isə Joze Mourinyodu. Portuqaliyalı mütəxəssis "çelsi" ilə 142 oyuna 100 qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest