"Atalanta"nın və İtaliya millisinin sağ cinah müdafiəçisi Marko Palestra "Çelsi"nin oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 21 yaşlı italyanla imzalanan müqavilə 7 illik, yəni 2033-cü ilin yayına qədər nəzərdə tutulub. Transfer məbləği açıqlanmır, lakin medianın məlumatına görə, söhbət 55 milyon avro və bonuslardan gedir. Palestranın özü isə mövsümə 6 milyon avro qazanacaq.

Qeyd edək ki, perspektivli italyan 2025/26 mövsümündə icarə əsasında "Kalyari"də çıxış edib. O, 37 oyun keçirib, bu görüşlərdə 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Palestra 2025/26 mövsümündə A Seriyasının ən yaxşı müdafiəçisi seçilib və artıq İtaliya millisində debüt edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest