Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatlarında vurulan qolların sayına görə ikinci pilləyə yüksəlib.
Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatlarında vurulan qolların sayına görə ikinci pilləyə yüksəlib.
Matc.az xəbər verir ki, İsveçə qarşı keçirilən matçda (3:0) dubl edən fransalı futbolçu dünya birinciliklərində 17 və 18-ci qollarını vurub.
Bildirilir ki, o, bu göstəricidə almaniyalı Miroslav Klozeni geridə qoyub və hazırda aktivində 19 qol olan Lionel Messidən geri qalır.
Qeyd edək ki, Mbappe pley-off oyunlarında vurulan qolların sayına görə də dünya çempionatlarının mütləq rekordunu müəyyənləşdirib.
Xatırladaq ki, Fransa 1/8 final mərhələsində bir gün əvvəl sensasiyalı şəkildə Almaniya yığmasını turnirdən kənarlaşdıran Paraqvay ilə qarşılaşacaq.













