01 İyul 2026, 19:02
FUTBOL
"Atletiko"nun mərkəz yarımmüdafiəçisi və kapitanı Koke klubu ilə müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yeni müqavilə 1 illik - 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti ötən gün, iyunun 30-da başa çatıb.
Koke Madrid klubunun yetirməsidir və 2011-ci ildən "Atletiko"ın əsas komandasının şərəfini qoruyur. Bu müddət ərzində 34 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 740 oyun keçirib, 50 qol və 122 məhsuldar ötürmə ilə yadda qalıb.
Koke 2013-2022-ci illərdə İspaniya millisində 70 oyun keçirib və qol vurmayıb. Hazırda veteran oyunçunun transfer dəyəri cəmi 5 milyon avro qiymətləndirilir.













