Fransanın "Monpelye" klubunun müdafiəçisi Junior Sambiya komadan ayılıb.
 
Matc.az Fransa mətbuatına istinadən xəbər verir ki, koronavirus pandemiyasına yoluxan 23 yaşlı futbolçunun meneceri Frederik Qerra bu barədə məlumat verib:
 
"Sambiya süni ağciyər ventilyasiyasından çıxarıldı. Onun sağalması uzun çəkəcək, amma artıq komada deyil. Böyük ehtimalla, daha yaxşı xəbərlər alacağıq".
 
2017-ci ildən "Monpelye"nin şərəfini qoruyan futbolçu, cari mövsümdə 22 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest