27 Sentyabr 2026, 13:40
FUTBOL
"Barselona"nın idman direktoru Deku "Çelsi"nin cinah hücumçusu Estevao Villianı diqqətlə izləyir.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" idman nəşri məlumat yayıb.
Bildirilir ki, 19 yaşlı futbolçu London komandasında aldığı oyun müddətindən narazıdır. Braziliyalı gələcəyə bədbin baxır və istədiyi dəqiqələri qazana bilməyəcəyini düşünür. Dekunun Estevaonun Londondakı hazırkı vəziyyəti barədə birbaşa mənbədən məlumat aldığı vurğulanır.
Cari mövsümdə Estevao bütün turnirlərdə 6 matçda iştirak edib. Oyunçunun klubla qüvvədə olan müqaviləsi 2033-cü ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 80 milyon avro təşkil edir.



_1790511525.jpg)









