Avropa çempionatının seçmə mərhələsində mübarizə aparan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti sınağına çıxacaq.

Matc.az xəbər verir ki, yığmamız Şotlandiyanın müvafiq yaş qrupundan ibarət seçməsi ilə qüvvəsini sınayacaq.

"Reqbi Park" stadionunda təşkil olunacaq qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, qrupda keçirdiyi 8 oyundan sonra aktivində 7 xalı olan yığmamız 5-ci pillədə qərarlaşıb. Seçmə mərhələ ərzində 1 qələbə və 4 heç-heçə əldə edən gənclər komandamız 3 matçda isə meydanı məğlubiyyətlə tərk edib.

AVRO-2027, U-21
B qrupu, IX tur
30 sentyabr

22:30. Şotlandiya – Azərbaycan
Baş hakim: Matius Stöfrinqshauq
Baş hakimin köməkçiləri: Erlan Hareland, Edvard Helgerud
Dördüncü hakim: Məhəmməd Osman Aslam
"Reqbi Park"

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest