"Mingəçevir Reqatası-2026" beynəlxalq turniri Azərbaycan avarçəkənləri üçün uğurlu start götürüb.

"Mingəçevir Reqatası-2026" beynəlxalq turniri Azərbaycan avarçəkənləri üçün uğurlu start götürüb. Yarışın Füzulidə keçirilən ilk günündə komandamızın üzvləri aktivlərinə 4 medal yazdırıblar.

Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Köndələnçay su anbarının ev sahibliyi etdiyi ilk mərhələdə idmançılar 1 nəfərlik kayak və kanoe növlərində 200 metr məsafəyə sürət yarışlarında qüvvələrini sınayıblar.

Gərgin keçən mübarizədə 2008-2009-cu il təvəllüdlü avarçəkənlərin 1 nəfərlik kanoe yarışında Hüseyn Səmədli finişə 51.48 saniyəyə çataraq bürünc medala sahib çıxıb.

Eyni yaş qrupunun 1 nəfərlik kayak yarışında isə idmançılarımız iki medal birdən qazanıblar. Belə ki, Əlimurad Hacızadə 45.29 saniyəlik göstərici ilə turnirin qalibi adını qazandığı halda, komanda yoldaşı Nuran Rəhimli 47.92 saniyəlik nəticə ilə fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Komandamızın növbəti uğuruna isə daha gənc idmançılar imza atıblar. 2010-2011-ci il təvəllüdlü idmançıların 1 nəfərlik kayak yarışında Elmir Tarverdiyev 44.67 saniyəlik dərəcə ilə bürünc medalı ölkəmizin aktivinə yazdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest