Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Baniyas" klubu Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə yollarını ayıracaq. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, Abu-Dabi təmsilçisi yarımmüdafiəçi ilə müqavilə yeniləməyəcək.

Məlumata görə, rəhbərlik 3 oyunçunu göndərməyə hazırlaşır. Onların arasında yığmamızın üzvü Almeyda da var. Onunla yanaşı, Ze Roberto və Luis Antonio da klubu tərk edəcək. Xəbərdə üç oyunçunun da ümidləri doğrultmadığı vurğulanıb

Qeyd edək ki, "Qarabağ"dan "Baniyas"a keçən Almeyda BƏƏ klubu ilə 6 aylıq müqavilə imzalayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest