İspaniya nəhəngi "Real" İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Aleksis Mak Allisteri heyətinə qatmağı planlaşdırır. Madrid təmsilçisi artıq transfer çalışmalarına başlayıb.
Matc.az xəbər verir ki, bu barədə "El Nacional" qəzeti məlumat yayıb.
Bildirilir ki, "Real"ın baş məşqçisi Joze Mourinyo argentinalı futbolçunu ideal yarımmüdafiəçi kimi görür. Portuqaliyalı mütəxəssis Mak Allisterin vaxtilə Toni Kroosun komandada yerinə yetirdiyi rolu tam öhdələnə biləcək gücdə olduğunu hesab edir.
"Real" rəsmilərinin potensial transfer şərtlərini müzakirə etmək üçün yaxın vaxtlarda "Liverpul" rəhbərliyi ilə əlaqə saxlayacağı gözlənilir. Madridlilər həmçinin oyunçunun İspaniyaya köçməyə maraqlı olub-olmadığını öyrənməyə çalışırlar. Mourinyo heyəti uzun adaptasiya dövrünə ehtiyac duymadan komandanın liderinə çevrilə biləcək təcrübəli bir yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir.
Qeyd edək ki, ötən mövsüm 27 yaşlı Mak Allister bütün turnirlərdə meydana çıxdığı 55 matçda 5 qol vurub və 7 məhsuldar ötürmə ilə yaddan qalıb.













