"Yuventus"un futbolçusu Kristiano Ronaldo cari mövsüm komandanı tərk etməyə yaxın olub.

Matc.az xəbər verir ki, Turin təmsilçisinin çempionlar Liqasının qrup mərhələsində Rusiya "Lokomotiv"inə 1:2 məğlub olması portuqaliyalı futbolçunu əsəbləşdirib. 35 yaşlı hücumçu görüşdən sonra klub rəhbərliyinə narazılığını bildirib. O, komandadan ayrılıb PSJ-yə getmək istədiyini deyib.

Qeyd edək ki, "Yuventus" çempionlar Liqasının 1/8 finalında "Lion"la cavab matçına çıxacaq. İlk oyunda fransalılar rəqibini 1:0 hesabı ilə məğlub edib.

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest