Portuqaliya çempionatında X turun oyunları keçirilib. Matc.az xəbər verir ki, turun diqqətçəkən qarşılaşmalarından birində “Portu” doğma meydanda “Eştoril”i qəbul edib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Portu” matçın 4-cü dəqiqəsində Viktor Froholdtun qolu ilə hesabı açıb. İkinci hissədə isə komanda üstünlüyünü daha da artırıb. Borxa Sainz 64-cü, Andre Silva 70-ci, Qabri Veiqa isə 73-cü dəqiqədə fərqlənib.

Beləliklə, “Portu” çempionatda ardıcıl 10-cu qələbəsini qazanıb və maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, “Eştoril” 10 turdan sonra hələ də qələbə qazana bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest