Futbol üzrə Azərbaycan I Divizionda IV tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Öncə “Qarabağ” və “Neftçi”nin əvəzedici komandaları üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb.
 
“Kəpəz” isə bu mövsüm Gəncədə ilk ev oyununa çıxıb. Sözügedən kollektiv “Zaqatala” ilə matçdan inamlı qələbə ilə ayrılıb.
 
I Divizion
IV tur
28 oktyabr
 
“Qarabağ-2” – “Neftçi-2” 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Vüsal Məmmədov, İnqilab Məmmədov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00.
 
“Kəpəz” – “Zaqatala” 4:2
Qol: Nicat Məmmədov, 10. Tural Qürbətov, 23; 72. Orxan Abdullayev, 65 – Kənan Müslümov, 69-pen. Roini İsmayılov, 90+4.
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Kərim Zeynalov, Namiq Bəkirov.
Gəncə şəhər stadionu, 15:00.
 
29 oktyabr
 
“Keşlə-2” – “Turan Tovuz”
Hakimlər: Kamranbəy Rəhimov, Elman Kərimov, Tərlan Talıbzadə, İnqilab Məmmədov.
“ASK Arena”, 14:00.
 
“Sumqayıt-2” – “Qaradağ Lökbatan”
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Hidayət Feyzullayev, Səbuhi Bayramov.
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:00.
 
30 oktyabr
 
MOİK – “Sabah-2”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Teymur Teymurov, Tural Qurbanov.
"ASCO Arena", 14:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest