19 Oktyabr 2026, 12:18
FUTBOL
"Turan Tovuz" Azərbaycan Premyer Liqasının VIII turunda "İmişli"yə 0:1 hesabı ilə məğlub olub.
"Turan Tovuz" Azərbaycan Premyer Liqasının VIII turunda "İmişli"yə 0:1 hesabı ilə məğlub olub. Bu, Qərb təmsilçisinin turnirdə 50-ci məğlubiyyəti kimi tarixə düşüb.
Matc.az xəbər verir ki, Tovuz təmsilçisi 149-cu oyununda 50-yə çatıb.
Məğlubiyyətlərdən 25-i evdə, 25-i səfərdə qeydə alınıb. "Turan Tovuz" 50 və daha çox oyunda uduzan 31-ci komandadır.
Qeyd edək ki, komandanın ilk məğlubiyyəti 2022-ci il avqustun 8-də "Qəbələ" ilə ev görüşündə qeydə alınıb – 0:2.













