18 Oktyabr 2026, 14:30
FUTBOL
"Barselona" Kataloniyanı bürüyən fırtına səbəbindən evə qayıda bilməyib və gecəni Sevilyada keçirməli olub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, "Barselona" oktyabrın 17-də İspaniya La Liqasının 9-cu turunda səfərdə "Betis"lə qarşılaşıb və rəqibini 5:2 hesabı ilə məğlub edib.
Komanda oktyabrın 19-da Parisə yola düşməyi planlaşdırır. "Barselona" oktyabrın 20-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda PSJ ilə qarşılaşacaq.
Qeyd edək ki, La Liqada 9 turdan sonra 27 xalı olan "Barselona" turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu ən yaxın izləyicisi "Atletiko"nu 5 xal qabaqlayır.













