“Qalatasaray”ın hücumçu axtarışları davam edir. Matç.az saytının məlumatına görə, İstanbul təmsilçisinin yeni hədəflərindən biri də ukraynalı Yevgeni Seleznyovdur.

Bu barədə Türkiyənin “Fanatik” nəşri xəbər yayıb. Bildirlib ki, hazırda “Akhisar”da çıxış edən hücumçu ilə razılığa gəlinib.

Keçidin yanvar ayında rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, 2017-ci ildən Türkiyədə çıxış edən 33 yaşlı Seleznyov “Karabükspor”da oynadıqdan sonra bu ilin əvvəlində “Akhisar”a keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest