"Hələ bu barədə tam danışmamışıq, lakin 10 günlük karantində qalacağı üçün futbolçumuzu itirməyimiz mənasızdır. Futbolçunun pulunu verən bizik. Fernandesin növbəti oyunlarımıza hazır olmasını istəyirik".

İngiltərənin "Mançester Yunayted" komandasının baş məşqçisi Ole-Qunnar Sulşer futbolçusu Bruno Fernandesi Portuqaliya yığmasının düşərgəsinə buraxmaq istəmir. Matc.az xəbər verir ki, bu barədə norveçli mütəxəssis, "Manchester Evening News" saytına açıqlamasında deyib:
 
"Hələ bu barədə tam danışmamışıq, lakin 10 günlük karantində qalacağı üçün futbolçumuzu itirməyimiz mənasızdır. Futbolçunun pulunu verən bizik. Fernandesin növbəti oyunlarımıza hazır olmasını istəyirik".
 
Portuqaliya yığması Dç-2022-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu Azərbaycan yığmasına qarşı keçirəcək. Görüş koronavirus pandemiyasına görə İtaliyada – Turin şəhərində oynanılacaq. Portuqaliya – Azərbaycan matçı martın 24-də keçiriləcək.
 
Portuqaliya yığması Azərbaycan millisindən sonra Serbiya və Lüksemburqla səfərdə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest