Azərbaycan Premyer Liqasının ən dəyərli futbolçuları müəyyənləşib. Matc.az xəbər verir ki, "transfermarkt"a görə, çempionatımızın ən qiymətlisi Abdullah Zubirdi. "Qarabağ"ın bu yaxınlarda 3 illik yeni müqavilə imzaladığı futbolçunun dəyəri 1,2 milyon avrodu. Düzdü, 29 yaşlı futbolçunun dəyərində 100 min avroluq eniş yaşanıb, ancaq bu, zirvəni əldən verməsinə səbəb olmayıb.

Zubiri "Qarabağ"lılar – Filip Ozobiç, Mahir Emreli, Uroş Matiç, Qara Qarayev və Bədavi Hüseynov izləyir. Onların hamısı 1 milyon avro olaraq qiymətləndirilir. Bu futbolçulardan yalnız Ozobiçin qiymətində dəyişiklik baş verib. 800 min avrodan yüksələn xorvatiyalı "milyonçular klubu"na qoşulub.

İlk "10-luq"da "Neftçi"nin iki futbolçusu – Emin Mahmudovla (900 min) Anton Krivotsyuk (800 min), "Qarabağ"dan Maksim Medvedev və "Zirə"nin yarımmüdafiəçisi Riçard Almeyda (hər ikisi 750 min) yer alıb.

Son zamanlar Filip Ozobiç kimi Mamadu Kanedə ciddi qiymət artımı müşahidə olunub. Əvvəl 450 min avro kimi dəyərləndirilən yarımmüdaifəmiyə indi 600 min avro qiymət qoyulub.

Ən çox geriləmə isə Riçard Almeydadadı. O, 550 min avro dəyər itirib. Uroş Matiçlə Emil Balayav 200, Maksim Medvedev 150 min avro qiymətdən düşüb.

Premyer Liqadakı futbolçuların ümumi dəyəri 55,23 milyon avrodu. Bunun 11,73 milyonu "Qarabağ"ın üzvlərinin payına düşür. İkinci yerdə "Neftçi"di – 8,23 milyon avro. çempionatda olduğu kimi heyətinin dəyərinə görə də ilk "3-lüy"ü "Zirə" qapayır – 7,25 milyon avro. "Sabah" 4-cü (6,48), "Keşlə" 5-ci (5,95), "Sumqayıt" 6-cı (5,80), "Qəbələ" 7-ci (4,93), "Səbail" isə 8-cidi (4,88).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest