Türkiyənin “Fənərbağça” klubunda baş məşqçi dəyişikliyi maraqlı qarşılaşmanın da gündəmə gəlməsinə səbəb olub. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi sabiq “Liverpul” futbolçusu Dirk Kuytu müvəqqəti baş məşqçi vəzifəsində saxlayıb.

46 yaşlı niderlandlı mütəxəssis noyabr fasiləsinədək komandanı çalışdıracaq. Beləliklə, o, noyabrın 4-də Çempionlar Liqasında “Liverpul”a qarşı keçiriləcək oyunda “Fənərbağça”nın baş məşqçisi olacaq.

Kuyt 2006-2012-ci illərdə “Liverpul”un formasını geyinib. İngiltərə klubunda 285 oyuna çıxan keçmiş hücumçu 71 qol vurub. O, 2012-ci ildə “Fənərbağça”ya keçib və 2014-cü ildə Türkiyə çempionu olub.

Qeyd edək ki, İsmail Kartal “Qalatasaray”a 1:2 hesablı məğlubiyyətdən sonra vəzifəsindən ayrılıb. Klub hazırda yeni baş məşqçi axtarışını davam etdirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest