Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Əvvəlcə “Səbail” “Sumqayıt”ı qəbul edib. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar.

Turun mərkəzi oyunu isə son çempion “Neftçi” ilə əzəli rəqibi “Qarabağ” arasında baş tutub. Üç qolun qeydə alındığı oyun Ağdam təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, ilk oyun günündə “Sabah” “Qəbələ”yə, “Keşlə” isə “Zirə”yə eyni hesabla (0:2) uduzub.

Azərbaycan Premyer Liqası
3-cü tur
12 sentyabr

“Səbail” – “Sumqayıt” 1:0
Qol: C.Əmirli, 64.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev.
Bakı. “ASCO Arena”, 18:00.

Səbail: 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 11. Rauf Əliyev, 6. Cabir Əmirli, 19. Ruslan Hacıyev, 33. Domantas Şimkus, 34. Yurgen Qoxa, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 31. Nail Alışov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 2. Elton Əlibəyli, 88. Elmir Tağıyev, 20. Orxan Fərəcov, 44. Şamil Cəfərov.
Baş məşqçi: Aftandil Hacıyev.
Sumqayıt: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 2. Dmitro Nağıyev, 33. Eltun Turabov, 20. Roman Hüseynov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 21. Sənan Ağayev.
Baş məşqçi: Ayxan Abbasov.

“Neftçi” – “Qarabağ” 1:2
Qol: E.Mahmudov, 47 – V.İbrahima, 21; 45.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Kamal Umudlu.
Bakı. “Bakcell Arena”, 20:30.

Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 14. Romen Bask, 36. Mamadu Kane, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 98. Famil Camalov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 97. Xəyal Nəcəfov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soares, 4. Huqo Basto, 91. Ramon Maçado, 9. Tyaqo Bezerra, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Samir Abasov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 10. Abdullah Zubir, 11. Xayme Romero, 81. Kevin Medina, 6. Patrik Andrade, 20. Kadi Borges, 25. Vadji İbrahima, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 29. Marko Vesoviç, 22. Musa Qurbanlı, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

N Klublar

o

q

h

m

t/f

x

1

Qarabağ

3

2

1

0

6-2

7

2

Qəbələ

3

2

1

0

6-3

7

3

Səbail

3

2

0

1

2-3

6

4

Sumqayıt

3

2

0

1

4-1

6

5

Neftçi

3

1

1

1

5-5

4

6

Zirə

3

1

1

1

4-3

4

7

Keşlə

3

0

0

3

1-6

0

8

Sabah

3

0

0

3

0-5

0

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest