Bu gün keçiriləcək iki oyunla Premyer Liqanın IX turuna yekun vurulacaq. Matc.az xəbər verir ki, ilk qarşılaşma Yevlaxda baş tutacaq. Ev oyunlarını bu şəhərdə keçirən “İmişli” “Şamaxı”nı qəbul edəcək.

Turun ən prinsipial oyunu isə axşam saatlarına təsadüf edəcək. Belə ki, son çempion “Sabah” “Qarabağ”la üz-üzə gələcək. Oyun Mərdəkandakı "Sabah Arena"da baş tutacaq.

25 oktyabr
Premyer Liqa, IX tur


15:00. "İmişli" – "Şamaxı"
Yevlax şəhər stadionu. Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev.

18:00. "Sabah" – "Qarabağ"
"Sabah Arena". Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest