Fransa milli komandasının sabiq futbolçusu Hatem Ben Arfa karyerasını Tunisdə davam etdirməyə yaxındır. Matc.az xəbər verir ki, 34 yaşlı futbolçu "Esperans" klubu ilə danışıqlar aparır.
 
Bu barədə Tunis təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ben Arfanın yaxın zamanda "Esperans"la müqavilə imzalayacağı gözlənilir.
 
Son olaraq Fransanın "Bordo" klubunun uğurları üçün çalışan Ben Arfa iyulun 1-dən azad agentdir. O, karyerası ərzində "Lion", PSJ, "Nyukasl", "Hall Siti", "Renn", "Marsel" kimi komandalarda da çıxış edib. Fransa yığmasında 15 oyunda iki qol vurmuş vinger, karyerası ərzində 394 çempionat oyununa çıxıb, 73 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest