“Kriştianonu burada, “Real”da ən parlaq dövründə görməyənlər həqiqətən də xüsusi bir şeyi qaçırıblar. Buna inanmaq üçün onu canlı görmək lazım idi”

Madrid “Real”ının müdafiəçisi Daniel Karvaxal keçmiş komanda yoldaşı Kriştiano Ronaldonun karyerasında 1000 qol həddinə çatacağına əmindir. Matc.az xəbər verir ki, o, bu fikirləri  AS nəşrinə müsahibəsində deyib.

“Ronaldo mütləq 1000 qol həddinə çatacaq. O, buna layiqdi” - deyə, ispaniyalı futbolçu bildirib.

Karvaxalın sözlərinə görə, insanlar çox vaxt yalnız Ronaldonun son illərinə diqqət yetirir: “Kriştianonu burada, “Real”da ən parlaq dövründə görməyənlər həqiqətən də xüsusi bir şeyi qaçırıblar. Buna inanmaq üçün onu canlı görmək lazım idi. O, inanılmaz təəssürat yaradırdı. Cərimə meydançasında əsl yırtıcı idi”.

41 yaşlı portuqaliyalı ulduz Səudiyyə Peşəkar Liqasının 11-ci turunda “Əl-Faysali”yə qarşı oyunda (3:1) qol vuraraq karyerasındakı qolların sayını 982-yə çatdırıb. 1000 qol həddinə çatmaq üçün ona bütün turnirlər daxil olmaqla daha 18 qol lazımdır.

Bu hesaba Ronaldonun Portuqaliya yığmasında vurduğu 146 qol, həmçinin “Əl-Nəsr”, “Mançester Yunayted”, “Yuventus”, “Real” və “Sportinq” klublarında vurduğu 836 qol daxildir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest