"Artıq Portuqaliya ilə matça rahat gedəcəyik. Bu, görüş bizim üçün finala bərabərdir"

Futbol üzrə Serbiya yığmasının müdafiəçisi Stefan Mitroviç Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
"Bu matç seçmə mərhələdə qarşıya qoyduğumuz hədəfə doğru yeni addımdır. Vacib qələbə qazandıq. İlk hissənin sonunda qol buraxdığımız üçün bir az çətinlik çəkdik. Bu qola qədər oyuna nəzarət edirdik. İlk yarıda daha bir neçə qol vurmalıydıq. Amma alınmadı. Hücumda aqressiv çıxış etdik. Bizim üçün ən başlıcası üç xal qazanmaqdır. Artıq Portuqaliya ilə matça rahat gedəcəyik. Bu, görüş bizim üçün finala bərabərdir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest