Məsələ burasındadır ki, Trabzona yollanarkən müqaviləsinə xitam verilən futbolçuların "Bursaspor"la icarə müqaviləsi bağlaması klubun idarə heyəti bağlı olduğu üçün hələlik mümkün deyil. Ötən gün idarə heyətinin rəhbəri vəzifəsindən istefa verən vitse-prezident Emin Adanurun yerinə seçki olmalıdır.

"Bursaspor"dan "Trabzonspor"a transfer olunan və qara dənizlilər tərəfindən ilin sonuna qədər "timsahlar"a icarəyə verilməli olan Batuhan Kör və Kərəm Şənlə bağlı problem yaranıb. Matc.az xəbər verir ki, Trabzon klubunun lisenziyalarına sahib çıxdığı Batuhan və Kərəm dünən "ağ-yaşıllar"ın Antalyadakı düşərgəsinə qatılsa da, bu gün yenidən geri dönməli olacaqlar. 
 
Məsələ burasındadır ki, Trabzona yollanarkən müqaviləsinə xitam verilən futbolçuların "Bursaspor"la icarə müqaviləsi bağlaması klubun idarə heyəti bağlı olduğu üçün hələlik mümkün deyil. ötən gün idarə heyətinin rəhbəri vəzifəsindən istefa verən vitse-prezident Emin Adanurun yerinə seçki olmalıdır.
 
Futbolçularını geri çağıran "Trabzonspor" problem yoluna qoyulduqdan sonra onları icarəyə verəcəyini bildirib. 
 
"Bursaspor"da Azərbaycan millisinin üzvü Namik Ələskərov çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest