11 İyul 2026, 01:56
FUTBOL
İspaniya millisinin cinah hücumçusu Lamin Yamal 2026-cı il dünya çempionatının 1/4 final mərhələsində Belçika yığması ilə keçirilən qarşılaşmanın (2:1) ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, gənc forvard görüş ərzində məhsuldar ötürmə və ya qolla yaddan qalmasa da, faydalı oyunu ilə seçilib. Belə ki, Yamal komandası daxilində rəqib qapısına ən çox zərbə endirən (6), həmçinin asma ötürmə (6) və driblinq cəhdlərinin (4) sayına görə ən yaxşı göstəriciyə sahib futbolçu olub.
Qeyd edək ki, İspaniya yığması dünya çempionatının yarımfinal mərhələsində iyulun 14-də Fransa ilə üz-üzə gələcək.













