Səudiyyə Ərəbistanı hökuməti PSJ-nin hücumçusu Lionel Messinin "Əl-Hilal"a keçəcəyinə inanır. Matc.az "Marca"ya istinadən xəbər verir ki, onlar argentinalının Fransa çempionatı başa çatdıqdan sonra adıçəkilən klubla müqavilə bağlayacağını düşünürlər.

Yerli hökumət daxili birincilikdə Kriştiano Ronaldo ilə Lionel Messi duelini yenidən canlandırmaq ideyasını davam etdirir. Hətta bunun reallığa yaxın olduğu vurğulanıb. "Əl-Hilal" 36 yaşlı superulduza illik 500 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Messi 2021-ci ildən PSJ-də çıxış edir. Onun fransızlarla müqaviləsi iyunun sonuna qədərdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest