Türkiyə Super Liqasının IX turunda keçiriləcək “Qalatasaray” – “Fənərbağça” derbisində komandaların əsas qol ümidləri Viktor Osimhen və Vedat Muriç olacaq.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçiləri bu gün “RAMS Park”da üz-üzə gələcəklər. İlk 8 turdan sonra “Qalatasaray” 19 xalla lider, “Fənərbağça” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.
 
Osimhen bu mövsüm Super Liqada keçirdiyi 6 matçda 6 qol vurub. “Fənərbağça”nın hücumçusu Vedat Muriç isə 8 qarşılaşmada 7 dəfə fərqlənib.
 
Qeyd edək ki, “Fənərbağça” ilk 8 turda 22 qolla çempionatın ən məhsuldar komandası olub. “Qalatasaray” isə rəqib qapılarına 17 qol vurub.
 
Mahir Axund

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest