"Səbail"lə "Şamaxı" arasında Premyer Liqada qalmaq uğrunda olacaq mübarizəni İnqilab Məmmədov idarə edəcək.

Misli Premyer Liqasında XXXVI turun ilk üç oyununa hakim təyinatları müəyyənləşib. Matc.az xəbər verir ki, bu gün keçiriləcək prinsipial görüşlərdən biri "ASCO Arena"da olacaq.

"Səbail"lə "Şamaxı" arasında Premyer Liqada qalmaq uğrunda olacaq mübarizəni İnqilab Məmmədov idarə edəcək.

Konfrans Liqasına vəsiqə qazanmağa yaxın olan "Qəbələ"nin "Kəpəz"lə ev matçında Cavid Cəlilov fit çalacaq. "Qırmızı-qaralar"ın büdrəməsinə ümid edən "Zirə"nin "Sumqayıt"la səfər görüşündə isə Tural Qurbanov ədaləti qoruyacaq.
 
Premyer Liqa
XXXVI tur
27 may (şənbə)

17:30. "Sumqayıt" – "Zirə"  
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"Kapital Bank Arena"

17:30. "Qəbələ" – "Kəpəz"
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Nicat İsmayıllı
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Qəbələ şəhər stadionu

20:00. "Səbail" – "Şamaxı"
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Pərvin Talıbov, Kamal Umudlu
VAR: Fərid Hacıyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"ASCO Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest