Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, 54 yaşlı mütəxəssis ölkəmizdə çalışdığı dönəmi də xatırlayıb.
 
O, bunu özü üçün maraqlı təcrübə adlandırıb:
 
"Azərbaycanda üç il məşqçi kimi işləmək maraqlı təcrübə idi. Sələflərimdən fərqli, Bakıda yaşayırdım, ailəmi də aparmışdım. Amma onlar matçlar olanda cəmi iki həftə əvvəl gəlirdilər. Norveçi məğlub etdik, çexiyaya, Xorvatiyaya uduzmadıq, yaxşı oynadıq. üç ildən sonra gördüm ki, heç bir irəliləyiş yoxdu".
 
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə yığmamızı çalışdırıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest