16 İyun 2026, 18:09
ÇEMPİONLAR LİQASI
Bu gün UEFA Çempionlar Liqasında 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.
Matc.az xəbər verir ki, bu mötəbər yarışda ölkəmizi son ölkə çempionu “Sabah” təmsil edəcək.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə təmsilçimizin rəqibi müəyyənləşib. “Sabah” Uelsin TNS komandası ilə üz-üzə gələcək.
Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-də və 8-də, cavab görüşləri bir həftə sonra keçiriləcək.













