İdman Arbitraj Məhkəməsi (CAS) "Turan Tovuz" klubunun avrokuboklardan kənarlaşdırılması barədə yekun qərarını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.

CAS UEFA-nın Apellyasiya Orqanının komanda ilə bağlı 2 iyun tarixində qəbul etdiyi qadağa qərarını qüvvədə saxlayıb.

İyunun 15-də açıqlanan yekun qərara əsasən, bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazanan Tovuz təmsilçisi UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak edə bilməyəcək.

Bu qərardan sonra avrokuboklarda ölkəmizi Konfrans Liqasında "Neftçi" klubunun 2-ci, "Zirə"nin isə 1-ci təsnifat mərhələsindən təmsil edəcəyi dəqiqləşib.

Xatırladaq ki, cəza qərarı klubun 2019-cu ildə I Divizionda çıxış etdiyi dövrdə adı hallandığı danışılmış oyunlar və AFFA İntizam Komitəsinin tətbiq etdiyi köhnə sanksiyalar ilə bağlıdır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest