"Bəzən bir neçə şansdan sonra qol vurursan, bəzən isə hətta çox sayda şansı belə çevirə bilmirsən".

Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa DÇ-2026-nın ilk turunda komandasının Səudiyyə Ərəbistanı ilə oyununda (1:1) heç-heçə ilə bağlı fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, o, yekun nəticədən narazı qalıb. Mütəxəssis komandasının niyə qalib gələ bilmədiyini açıqlayıb:

"Düşünürəm ki, qalib gəlməməyimizin səbəbi əlimizdən gələnin ən yaxşısını göstərməməyimizdir. Ona görə də qalib gələ bilmədik. İkinci hissədəki kimi oynamaq üçün ilk hissədə hər cür imkanımız var idi, ancaq matçın yalnız yarısında bunu bacardıq.

İkinci hissədə oyun dəyişdi. Hücumları inkişaf etdirmək üçün daha çox variant var idi, oyunçular daha yaxşı açılır, topsuz daha çox hərəkət edir və şanslar yaradırdılar. Futbolda belə olur. Bəzən bir neçə şansdan sonra qol vurursan, bəzən isə hətta çox sayda şansı belə çevirə bilmirsən".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest