"Turan Tovuz" daha bir legionerlə yollarını ayırıb. Matc.az saytının əldə etdiyi məlumata görə, komanda rəhbərliyi ötən mövsümlə müqayisədə daha çox maaş istəyən Natan Oduva ilə müqavilənin müddətini uzatmaq istəməyib. 27 yaşlı britaniyalı futbolçu "Sumqayıt"ın maraq dairəsindədir. 
 
Qərb təmsilçisi Oduvadan öncə afrikalı müdafiəçi Xulu Siyanda, nigeriyalı yarımmüdafiəçi Henri Okebuqvu və Burkino Fasodan gələn Ben Azizla vidalaşıb.
 
İcarə müddəti başa çatan müdafiəçi Şakir Seyidov "Sabah"a, yarımmüdafiəçi Turan Vəlizadə isə "Neftçi"yə qayıdıb.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest