"Turan Tovuz" Türkiyə təmsilçisi "Gənclərbirliyi" ilə üz-üzə gələcək.

"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxır.

Matc.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.  

"Turan Tovuz" Türkiyə təmsilçisi "Gənclərbirliyi" ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv Ankaradakı hazırlıq prosesində indiyə qədər 3 yoxlama görüşü keçirib. Bölgə təmsilçisi ilk sınaq matçında İranın U-21 yığması ilə, növbəti qarşılaşmada isə "Fatih Karagümrük"lə 1:1 hesablı heç-heçə edib. "Turan Tovuz" üçüncü yoxlama oyununda isə Türkiyənin "Iğdır" klubunu 1:0 hesabı ilə məğlub etməyi bacarıb.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest