UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Matc.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində bu gün çempionlar və liqa yolları üzrə ilk 8 qarşılaşma baş tutub.
Avropanın müxtəlif şəhərlərində keçiriləcək oyunlarda növbəti mərhələyə yüksəlmək uğrunda iddialı komandalar üz-üzə gəlib.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
4 avqust
"Mjallbi" (İsveç) – "Slovan" (Slovakiya) 1:2
"Ararat-Armeniya" (Ermənistan) – "Selye" (Sloveniya) 2:1
"Hapoel Beer-Şeva" (İsrail) – "Srvena Zvezda" (Serbiya) 1:0
"Levski" (Bolqarıstan) – "Kayrat" (Qazaxıstan) 1:0
"Dinamo" (Zaqreb, Xorvatiya) – "Kauno Jalqiris" (Litva) 5:0
"Sparta" (Praqa, Çexiya) – "Lion" (Fransa) 0:1
"Union Sen-Jilluaz" (Belçika) – "Bodo Qlimt" (Norveç) 3:3
"Olimpiakos" (Yunanıstan) – "NEC Neymeqen" (Niderland) 0:0
Qeyd edək ki, təmsilçimiz "Sabah" isə bu mərhələdəki ilk oyununu bu gün, Bakı vaxtı ilə saat 20:30-da Danimarkada "Orhus" klubuna karşı keçirəcək.













