"Liverpul" Fransa millisinin vingeri Bredli Barkolyanın transferi ilə bağlı PSJ ilə rəsmi danışıqlara başlayıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, ingilislər 100 milyon avronu keçən start təklifi irəli sürsələr də, bu məbləğ parisliləri hələ ki qane etmir. Buna baxmayaraq, klublar arasında danışıqlar davam edir.

23 yaşlı hücumçu özü karyerasını məhz "Enfild"də davam etdirəcəyinə qəti qərarlıdır və artıq mersisaydlıların baş məşqçisi Andoni İraola ilə də danışmağa imkan tapıb.

2025/2026 mövsümündə Bredli klub səviyyəsində 49 matçda iştirak edib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib. Bundan başqa, Barkolya Fransa yığmasının heyətində dünya çempionatında çıxış edib. O, komandası ilə birlikdə üçüncü yer uğrunda matça (6:4 – İngiltərənin qələbəsi) qədər yüksəlib və turnir ərzində 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest