Görüş bitdikdən sonra "A buraxılışı" vəsiqəsi olmayan şəxslərin dəhlizə daxil olması bakılıları əlavə 800 manat da ziyana salıb.

Bu gün AFFA İntizam Komitəsi mövsümün son iclasını keçirib. Matc.az saytı xəbər verir ki, komitə axırıncı turun "Səbail" – "Şamaxı" oyunu ilə bağlı qərarlarını bildirib.
 
Qarşılaşmada təcavüzkar davranışa yol verərək qırmızı vərəqə alan "Səbail"in futbolçusu Elmir Tağıyevə 4 oyun cəza tətbiq edilib, klub 3200 manat cərimələnib.
 
Görüş bitdikdən sonra "A buraxılışı" vəsiqəsi olmayan şəxslərin dəhlizə daxil olması bakılıları əlavə 800 manat da ziyana salıb.
 
Həmçinin hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığından, həm "Səbail", həm də "Şamaxı" daha 800 manat cəriməyə məruz qalıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest